Muxtar icma | |
Seuta | |
---|---|
isp. Ceuta سبتة (Sabtah) | |
isp. País Vasco | |
42°50′00″ şm. e. 2°41′00″ q. u.HGYO |
|
Ölkə | İspaniya |
İnzibati mərkəz | Seuta şəhəri |
Prezident | Xuan Xesus Vivas |
Tarixi və coğrafiyası | |
Sahəsi | 185 km² |
Hündürlük | 10 ± 1 m |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 82,376 nəfər (2011[1]) |
Əhalinin sıxlığı | 4,5 nəfər/km² |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | ES-PV |
Telefon kodu | +34 94 |
Poçt indeksi | 51001–51005 |
Avtomobil nömrəsi | CE |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Seuta (isp. Ceuta; ərəb. سبتة)[2] - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi.
2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır. Dini inanc baxımından xristianlar və müsəlmanlar üstünlük təşkil edirlər. Şəhər əhalisinin 54 mini xristian, 16 mini müsəlman, 600-700 civarında yəhudi və 500 nəfərə yaxını sindlərdən ibarətdir. Mərakeş Seuta və Melilyanın tarixi əraziləri olduğunu iddia edir.[3][4] Ərazidə ilk insan məskənləri eramızdan əvvəl V əsrdə formalaşmağa başlamışdır. Müsəlman hakimiyyətinin sona çatması isə 1415-ci ilin 14 avqust tarixinə təsadüf edir. Xuan Xesus Vivas 2001-ci ilin 8 fevral tarixindən muxtariyyətin prezidentidir.[5]